Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək.
Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır.
Layihə çərçivəsində səkilərin və həyətlərin yenidən qurulması, park və bağlarda abadlıq işləri, həmçinin müxtəlif təmir işləri aparılacaq.
Qeyd edək ki, bu işlərin əsas məqsədi paytaxtda yaşayış mühitini yaxşılaşdırmaq, ictimai məkanların görünüşünü yeniləmək və sakinlər üçün daha rahat şərait yaratmaqdır.
Oxşar xəbərlər
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı"nda...