Bakıda yağış sularının idarə olunması ilə bağlı yeni qurum yaradılacaq

Bakıda yağış sularının idarə olunması ilə bağlı yeni qurum yaradılacaq
Sosial 323

“Azərbaycanda yağış sularının idarə olunması məsələsi aktuallığı ilə seçilir. Bu istiqamətdə işlər gedir”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, yağış sularının idarə olunmasında problemlər və çətinliklər “Azərsu” ASC ilə qarşılıqlı müzakirə edilib:

“Artıq fəaliyyətlər müəyyən edilib. Bakının yeni hazırlanan baş planında bu məsələ aktuallığı ilə qeyd olunacaq. Qanunvericilikdə ediləcək dəyişikliklə bunu idarə edən yeni qurum yaradılacaq. Yağış suları birbaşa dənizə axıdılmayacaq.

Parkların kənarında gələcəkdə istifadə üçün anbarların tikilməsi ola bilər. Bu, təmiz sudan istifadəni azaldacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər