Bakıda yağış yağacaq, rayonlarda 21 dərəcə isti olacaq - PROQNOZ
Bakıda noyabrın 18-də yağış yağacağı, rayonlarda 21 dərəcə isti olacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.
Oxşar xəbərlər
İrandan Azərbaycana indiyədək 72 ölkənin 2 283 vətəndaşı təxliyə olunub
Fevralın 28-i saat 8:00-dan martın 12-si saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2 283 nəfər təxliyə olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, t...