Bakıda vətəndaşlara 28 min manatlıq dələduzluq edilib

Bakının Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28 min 350 manatlarını ələ keçirib.
Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yol polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edir. BAKU.WS xəbər v...
