Bakıda və rayonlarda külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 18-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Laçın, Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçay, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcərdə isə fasilələrlə cənub-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlıqdır.
Oxşar xəbərlər
Komitə sədri: Erməni işğalı nəticəsində İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib
Ermənistanın Azərbaycan ərazilərini işğalı və hərbi təcavüzü nəticəsində 28 ildən artıq müddətdə maddi-mədəniyyət nümunələri, həmçinin İslam və Xristian dinləri...