Bakıda və rayonlarda arabir yağış, bəzi yerlərdə leysan və şimşək gözlənilir
Azərbaycanda oktyabrın 17-də havanın yağışlı keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Mikayıl Müşfiqin xatirə muzeyi əsaslı TƏMİR OLUNACAQ
Xızı rayonu ərazisində yerləşən görkəmli şair Mikayıl Müşfiqin xatirə muzeyində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. BAKU.WS-in məlumtına görə, t...