Bakıda və bəzi rayonlarda müşahidə olunan tozlu havanın səbəbi məlum olub
Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur
BAKU.WS xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.
R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir"
Oxşar xəbərlər
"Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb
"Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir. Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildiri...