Bakıda uşaqlar evində böyüyən qız 2600 manatı niyə ala bilmir? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlar evində böyüyən Ədilə Cəfərova adlı gənc iddia edir ki, dövlət tərəfindən ona verilməli olan 2600 manat birdəfəlik ödənişi ala bilmir.
Bu barədə o BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib.
Xətai rayonu 3 saylı uşaq evində böyüdüyünü deyən Ə. Cəfərova iddia edir ki, həmin məbləğ ona verilməli olsa da Təhsil Nazirliyi vəsait ayırmır.
İddialarla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, mövcud qanunvericiliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil müəssisələrini bitirdikləri zaman birdəfəlik pul vəsaiti ilə təhsil müəssisəsinin xərclər smetası hesabına təmin olunurlar:
"Yuxarıda qeyd olunanlara əsasən, sözügedən müavinətin ayrılması məqsədilə bitirdiyi təhsil müəssisəsinin tabe olduğu yerli idarəetmə orqanı tərəfindən Elm və Təhsil Nazirliyinə rəsmi müraciət olunmalıdır. Məlumat üçün bildiririk ki, qanunvericiliyə əsasən 2600 manat məbləğində müavinət təhsil müəssisəsini 2025-ci ilin aprel ayının 1- dən sonra bitirənlərə şamil olunur", - açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...