Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI - YENİLƏNİB

Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI - YENİLƏNİB
Sosial 1153

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər.

Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

***10:29

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinə (DİN) istinadən qətlə yetirilən polislərin fotolarınə təqdim edir:

Bakıda üç polisin qətlə yetirildiyi silahlı insidentin YENİ DETALLARI - YENİLƏNİB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər