Bakıda tramvaylar bərpa oluna bilər

30
avq
2019
14:37
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir.BAKU.WS xəbər verir ki, bunu APA-ya Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.Onun sözlərinə görə, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir."Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib.
Oxşar xəbərlər
Prezidentin tapşırığı sürətlə icra edilir: 23 mindən artıq ailəyə ŞAD XƏBƏR
Azərbaycan Respublikası Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19.02.2019-cu il tarixli 529 nömrəli...
