Bakıda tramvay xəttləri hansı ərazilərdə çəkiləcək?
Bakıda tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir.
Xezerxeber.az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. Onun sözlərinə görə, dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər bərpaya ehtiyac olan hissələr var.
Nazir müavini həmçinin bildirib ki, Sumqayıt, Xırdalan və Masazır istiqamətindən 20 yanvar metrostansiyası ətrafına axın səbəbilə yaranan sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir. Ona görə də Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 marşrutlar fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və buna görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur.
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakıda 31 küçə və prospekt üzrə 35 kilometr uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 kilometrə çatdırılması nəzərdə tutulur. Bundan başqa, ölkəyə 100-dən artıq yeni avtobus gətirilcək.
Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən, 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır. Belə olan halda sərnişin axını da 88 milyon nəfərədək artırılacaq.
Bundan başqa, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası nəzərdə tutulur. Bu il 20 yeni nəsil vaqon da gətiriləcək.
Oxşar xəbərlər
"Kirayə verilən" qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?
"20-30 yaşlı xanımlar, follekul donoru olaraq 400-dən 700 manatadək pul qazana bilərsiniz". Bu kimi elanlar sosial şəbəkələrdə daşıyıcı və ya surroqat ana olmaq...