Bakıda tozlu havanın neçə gün davam edəcəyi açıqlanıb

20
iyn
2021
17:25
Havada toz dumanı davam edir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.
Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olu...
