ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur

20
iyn
2021
11:44
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.
Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
İyunda 41 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayına olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyun ayı...
