Bakıda tikilən yeni metrostansiyanın açılacağı vaxt məlum oldu
Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.
BAKU.WS xəbər verir ki, sakinlər "Xəzər TV"yə bildirdilər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.
"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.
"Bakı Metropoliteni"ninin rəsmisi bildirdi ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ
Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar. Marketlərdə və geyim mağaz...