Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.
Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, - nazirlikdən qeyd olunub.
Oxşar xəbərlər
“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verdi
26-29 mayda Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesi...