Bakıda tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansard yaxın müddətdə söküləcək.
Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.
Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L'Art Nouveau” stilində ucaldılıb.
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...