Bakıda "Son zəng" həyəcanı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur.
Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 25 ümumi təhsil müəssisəsində də "Son zəng" tədbiri keçirilir, 171 məzun məktəblə vidalaşır.
2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.
Bu gün ölkənin digər ümumtəhsil müəssisələri kimi Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirilir, məzunlar məktəblə vidalaşırlar.
Qalereya
Oxşar xəbərlər
Bu gün 6 rayonun ərazisində qaz olmayacaq
Göyçay, Salyan, Qazax, Şəmkir, Tovuz və Masallı rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq. BAKU.WS xəbər verir ki, "Azər...