Bakıda sıxlıq olan ərazilər - SİYAHI

Bakıda sıxlıq olan ərazilər - SİYAHI
Sosial 71

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan əraziləri açıqlayıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi (əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.

Həmçinin Ziya Bünyadov prospekti-əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq DİN Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə nəqliyyat vasitələrinin çoxluğudur.

Tbilisi prospekti-əsas yol (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər