Səhər saatlarından sıxlıq yaranmış yolların SİYAHIsı

Səhər saatlarından sıxlıq yaranmış yolların SİYAHIsı
Sosial 160

Bakıda səhər saatlarında bir sıra yollarda sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hər gün olduğu kimi bu gün də səhər saatlarında Bakı-Sumqayıt yolunda tıxac var.

Paytaxtda sıxlıq yaranmış yolların siyahısını təqdim edirik:

1. Bakı-Sumqayıt şosesi - Xırdalan dairəsi istiqamətindən Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti - əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən DİN Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə (səbəbi nəqliyyat vasitələrinin çoxluğudur);

3. Binəqədi şosesi - əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində (sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur);

4. Heydər Əliyev prospekti-köməkçi yol - Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində;

5. Alı Mustafayev küçəsi - köməkçi yolda (Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir). Səbəb olaraq, yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər