Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA
Foto Açıqlama
Sosial 2148

"Bakıda müəyyən təhlillər aparılıb, istiqamətlər müəyyən olunub. İlkin olaraq tramvay xətlərinin "28 May"dan Azadlıq prospekti boyu üzü Binəqədi və Mehdiabada qədər, eyni zamanda "Pirşağı" dəmiryolu stansiyasından "Sea Breeze" istiqamətində çəkilməsi nəzərdə tutulur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert hesab edir ki, Bakı küçələrinə yüngül relsli tramvaylar qaytarılmalıdır:

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

"Bakının Baş Planında tramvayla əlaqəli "LRT" (Light Rail Transit) - klassik tramvayların (relslər + cərəyanötürücü ilə) olması qeyd edilib. Amma təqdimat dövründə və mediada "ART" (Autonomous Rail Rapid Transit) - relsiz tramvaylarla (naviqasiya sistemi olan çoxseqmentli avtobus) bağlı diskussiyaların getməsinin şahidi olduruq.

Qeyd etmək lazımdır ki, təkərli tramvay hələ özünə təsdiq etməyib və Çində yalnız bir şəhərdə özünü göstərib. Çəkisi hardasa 50 tona bərabərdir. Onun avtomobil yollarına təsiri hələ ciddi suallar doğurur.

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

Düşünürəm ki, Bakıda yeni salınacaq tramvay yolları relsli olmalıdır və bu istiqamətdə işlər görülməlidir. Bəzən sosial mediada müzakirələrdə insanlar arqument gətirirlər ki, yol zatən ensizdir və tramvayların gətirilməsi ilə hərəkət etmək mümkün olmayacaq.

Lakin bilmək lazımdır ki, tramvayı ona görə gətirirlər ki, orada tıxac var. Yəni tramvay ciddi alternativ ictimai nəqliyyat növüdür və yerin üstündə yüngül relsli olduğundan imkanları daha genişdir. Bir tramvay eyni anda 300 sərnişini daşıya bilirsə, burada sadəcə platformaları daha uzun edib eyni qatara daha çox vaqon əlavə etməklə bu imkanı daha da artırmaq olar".

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

"Buna görə düşünürəm ki, biz əgər doğrudan da ciddi alternativ haqqında danışırıqsa, ictimai nəqliyyatı inkişaf etdirməliyik, xüsusən də onun relsli növünü. Yəni yerin altında metrodursa, üstündə şəhərdaxili yollar üçün tramvaydır. Bunun hələ tramvay və dəmiryoluna keçidi yolları da var.

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

Nəqliyyatın relsli növünə qiymətindən asılı olmayaraq yatırım eləməliyik. Əgər biz doğrudan da problemi həll etmək istəyiriksə, onda bu ideal çıxış yollarından biridir. Bakıda fərdi nəliyyat vasitələrindən qısa səfərlər üçün istifadə olunursa, tıxacla bağlı fəsadlar ortaya çıxacaq. Ötən ildən etibarən salınan avtobus yolları, ictimai nəqliyyatın daha sürətli hərəkət etməsi ilə nəticələnib. Daha böyük mikromobillikdən danışırıqsa, hökmən relsli növlər olmalıdır. Yerin üstündəki tramvay da mütləq şəkildə şəhərə qaytarılmalıdır",-deyə R.Ağamirzəyev əlavə edib.

Orxan Hüseyn

Son xəbərlər