Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 7 rayonda...
Bakının 7 rayonunda dövlət mənzil fonduna aid binaların əsaslı təmiri planlaşdırılır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, təmir işlərini "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC həyata keçirəcək.
Söhbət Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən dövlətə məxsus yaşayış binalarının təmirindən gedir.
Qeyd edək ki, layihə çərçivəsində köhnə və riskli dam örtükləri söküləcək, taxta konstruksiyalar yenilənəcək, yanğına qarşı mühafizə gücləndiriləcək və daha dayanıqlı metal dam örtüyü ilə əvəz olunacaq.
Bu təmir işlərinin əsas məqsədi dövlət mənzil fonduna daxil olan binaların təhlükəsizliyini artırmaq, yağış və küləkdən qorunmasını təmin etmək, həmçinin yanğın riskini azaltmaqdır.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...