Şagirdləri dəyənəklə döydüyü deyilən müəllimlə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq 316 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir:
"Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub".
"Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb", - deyə qeyd edilib.
14.04.2025***20:15
Bakıda müəllimin şagirdlərə qarşı zorakı davranışlar sərgilədiyi iddia edilir.
BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərən Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı rəftar etdiyi bildirilib.
Valideynin sözlərinə görə, müəllim dərs zamanı şagirdlərə dəyənəklə fiziki güc tətbiq edir, onlara psixoloji təzyiqlər göstərir və ailə üzvlərinə qarşı təhqiredici ifadələr işlədir.
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...