Bakıda qanunsuz parklanma yerində səki tam bərpa edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində yaradılan qanunsuz parklanma yerində sökülmə işləri başa çatıb.
BAKU.WS xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib.
Həmin ərazidə yenidən ağac əkiləcək.
Xatırladaq ki, dünən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq sökülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ araşdırılmışdı.
Qalereya
Oxşar xəbərlər
Prezident tapşırıq verdi, qanunsuz parkinq ləğv edildi - FOTO
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yarad...