Bakının mərkəzində qanunsuz parkinq sökülür - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq sökülür.
BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, söküntü işlərini yerinə yetirmək üçün əraziyə işçilər və texnika cəlb edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ araşdırılmışdı.
Qalereya
Oxşar xəbərlər
Bakıda qanunsuz parklanma yerində səki tam bərpa edildi - FOTO
Bakının mərkəzində yaradılan qanunsuz parklanma yerində sökülmə işləri başa çatıb. BAKU.WS xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvan...