Bakıda polis reydi: 600-dən çox sürücü cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın 12 rayonunun hər birində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
O bildirib ki, keçirilən reyd nəticəsində 600-dən çox şəxs qanunsuz parklanma ilə bağlı məsuliyyətə cəlb olunub:
“Qanunsuz parklanma paytaxtın mərkəzi rayonları ilə yanaşı digər ərazilərində də müşahidə edilir. Bu gün Xəzər, Suraxanı, Sabunçu rayonunda nəzarət-profilaktik tədbirlər həyata keçirilib və sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediliblər”.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...