Bakıda münasib qiymətə şam ağaclarını və bəzək aksesuarlarını haradan almaq olar? - QİYMƏTLƏR

Yeni ilə sayılı günlər qaldığından paytaxt bazarlarını bayram atributları - şam ağacları, oyuncaqlar bəzəyir. Bu il də şam ağaclarının qiyməti bir çoxuna maraqlıdır.
Baku TV-nin əməkdaşı bununla əlaqədar paytaxt bazarlarından birində olub.
Məlum olub ki, şam ağaclarının qiyməti həcminə, uzunluğuna və üzərindəki bəzəklərə görə dəyişir.
Minimum 20 manatdan başlayaraq alıcılara təklif edilir. Hündürlüyü 1 metr və 1 metrdən yuxarı olanlar 100-150 manat, 3 metr olanlar isə 450 manatdır. Yeni il aksesuarları arasında ən çox tələb olunanlardan biri də qapı aksesuarlarıdır.
Qiymətlər 20, 25 və 40 manat arasındadır. Oyuncaqlar isə qutusu 2 manatdan 20 manata qədərdir.
Alıcılar paytaxtın mərkəzindəki satış qiymətləri ilə müqayisədə şəhərətrafı ticarət obyeklərində qiymətin daha münasib olduğunu deyirlər. Həmçinin, ötən illə müqayisədə kəskin artım olmadığını da bildiriblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Masazır yolunda sürücüləri çaşdıran işıqlar
Masazıra gedən istiqamətdə yol kənarında qoyulan işıqlar nasaz vəziyyətdədir. Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd ed...
