Bakıda müəllimlərlə onlayn müsahibələrə start verilib

Bakıda müəllimlərlə onlayn müsahibələrə start verilib
Sosial 129

Bu gündən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start verilib.

Təhsil Nazirliyindən BAKU.WS-ə bildirilib ki, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.

Bakıda müəllimlərlə onlayn müsahibələrə start verilib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər