Bakıda müəllimlərin dəqiq sayı məlum oldu - RƏSMİ
Bakıda müəllimlərin sayı həm paytaxtın təhsil sisteminin miqyasını, həm də burada tədrisin keyfiyyətinə göstərilən diqqəti əks etdirən mühüm göstəricidir.
BAKU.WS-in məlumatına görə, müəllimlərin sayı təkcə statistika deyil, həm də paytaxtda təhsilin idarə olunması, şagirdlərin tədris yükünün balanslaşdırılması və müəllim-peşəsinin cəmiyyətdəki rolunu anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs, Azərbaycan üzrə ən böyük təhsil mərkəzi olan Bakı şəhərində nə qədər müəllim fəaliyyət göstərir?
Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət etdik. İdarədən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, yeni tədris ilində BŞTİ tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 499 284 şagird təhsil alacaq, 28 137 müəllim çalışacaq:
"İdarənin tabeliyində 332 məktəbəqədər, 339 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələri üzrə 34 981 uşağın təlim-tərbiyəsi ilə 4 170 tərbiyəçi-müəllim məşğul olacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. BAKU.WS xəbər verir ki, bu barədə Baku...