Bakıda məşhur xəstəxananın poliklinika binası TƏMİR EDİLƏCƏK
Mərkəzi Neftçilər Xəstəxanası poliklinika binasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 237 min manatdan çox (237.637,25 AZN) təşkil edir.
Satınalma şərtlərinə görə, 2190 kvadratmetr sahəni əhatə edən poliklinika binasının əsaslı təmiri üçün memarlıq işçi layihələri, elektrik və su təchizatı, kanalizasiya, yanğın siqnal sistemi, video müşahidə, rabitə xətləri, isitmə-soyutma sistemləri, tibbi qaz infrastrukturu, ekologiya hesabatı, geoloji və topoqrafik işlər də daxil olmaqla genişmiqyaslı sənədləşmə hazırlanacaq.
Layihənin uğurla başa çatdırılması həm tibb personalının iş şəraitini yaxşılaşdıracaq, həm də əhaliyə göstərilən xidmətin daha sürətli və səmərəli olmasına imkan verəcək.
Oxşar xəbərlər
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ay...