Bakıda məşhur bazarın söküntüsü təxirə salındı

Bakıda məşhur bazarın söküntüsü təxirə salındı
Video
Sosial 338

"Keşlə bazarı"nın söküntü işləri təxirə salınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri həyata keçirilir.

Yeni yolun tikintisi ilə əlaqədar olaraq, tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib və onların qiymətləndirilməsi işləri aparılıb.

Bu çərçivədə tikinti altına düşən obyektlərdən biri də "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzidir. Sözügedən bazarda fəaliyyət göstərən sahibkarların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb.

Baku TV məsələ ilə bağlı satıcıların fikirlərini öyrənmək üçün "Keşlə bazarı"nda olub.

"Müddət uzun olsaydı, daha yaxşı olardı. Fevralın 1-nə kimi uzadılması bizə sərf etmir. Bu camaat da yazıqdır, heç olmasa, aprelə kimi vaxt verərdilər", - deyə narazı satıcılardan biri bildirib.

Son xəbərlər