Bakıda məktəblilərin erkən nikahı ən çox bu rayonda qeydə alınır

Bakıda məktəblilərin erkən nikahı ən çox bu rayonda qeydə alınır
Sosial 203

Ötən tədris ilində Bakının Qaradağ rayonunda məktəbyaşlı qızlar arasında erkən nikah halları daha çox müşahidə olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir:

“Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub”.

M.Əliyeva həmçinin ötən tədris ilində 27 şagirdi məktəbdən kənarda avtomobilin vurduğunu da söyləyib:

“Bu da o deməkdir ki, məktəblərin yaxınlığında yol şəraiti ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər