Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA + FOTO
30
mar
2021
23:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.BAKU.WS xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərlərin yalan olduğunu bildirib.“Yanlış məlumat yayanların yeni cəhdləri də əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar”, - idarə rəsmisi bildirib.Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia edilib.
Qalereya
Oxşar xəbərlər
Rektor distant ali təhsil üçün 3 addımı AÇIQLADI
UNEC-in rektoru, professor Ədalət Muradov distant ali təhsillə bağlı rəsmi Facebook səhifəsində status paylaşıb. BAKU.WS xəbər verir ki, rektor statusunda dista...