Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəb təmayül tədris modelinə keçir, 9-cu sinif şagirdləri isə məktəbdən kənarlaşdırılırlar...
BAKU.WS xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri müraciət ediblər.
Onlar iddia edirlər ki, övladları doqquzillik ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanından 100-dən aşağı bal toplayıblar. Məktəb təmayül tədris modelinə keçdiyinə görə, onlara övladlarının başqa məktəblərə yönləndiriləcəyi bildirilib.
Valideynlər iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması barədə məlumat onlara bir neçə gün əvvəl verilib.
Onlar bildirirlər ki, gec xəbərdar edildikləri üçün qəsəbə daxilindəki məktəblərdə boş yer tapa bilmirlər. Peşə məktəblərinə qəbul üçün müraciət etməyə isə gecikiblər.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...