Bakıda maşın yolda qalıb, sıxlıq əmələ gəlib
13
apr
2025
15:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. Qeyd edilən səbəblərdən mərkəz və metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...