Bakıda "Lukoil" YDM-lərində nağdsız ödəniş dayandırıldı - RƏSMİ

Bakıda Lukoil YDM-lərində nağdsız ödəniş dayandırıldı - RƏSMİ
Foto
Sosial 163

Bakıda sürücülər "Lukoil" yanacaqdolurma məntəqələrində (YDM) kartla ödəniş edə bilmədiklərini bildirirlər.

BAKU.WS-in məlumatına görə, Modern.az-a müraciət edən vətəndaşlar qeyd edir ki, məntəqələrdə yalnız nağd ödəniş qəbul olunur, POS-terminallar işləmir.

YDM-lərdə probemin səbəbi açıqlanmayıb. Məsələ ilə əlaqədar "Lukoil" Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin əməkdaşı saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Bildirilib ki, nağdsız ödənişlərdə texniki problem yaşanıb: "Banklarla olan müvəqqəti problemdir. Terminal hələki işləməyəcək. Nə vaxtdan bu problemin aradan qalxacağını bilmirik. Amma bilirik ki, bu hal müvəqqətidir".

Ekspertlər isə problemin ABŞ-nin tətbiq etdiyi sanksiyalar olduğunu bildirir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə "Lukoil" və onun 34 törəmə şirkətini sanksiya siyahısına salıb. Bu qərardan sonra şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və amerikalı təşkilatlarla əməkdaşlıq qadağan edilib. Sanksiyalar nəticəsində şirkətin beynəlxalq bank əməliyyatlarında ciddi çətinliklər yarandığı bildirilir.

Sanksiyaların təsiri təkcə qlobal əməliyyatlarla məhdudlaşmır. Bankların xarici ödənişləri qəbul etməkdən imtinası səbəbindən "Lukoil"in xaricdəki strukturları, o cümlədən Azərbaycan üzrə əməliyyatları da risk altına düşüb. Şirkət 27 oktyabrda xarici aktivlərini Avstriya üzərindən satışa çıxardığını açıqlamış, 5 noyabrda isə bu aktivlərin 100 faizinin "Gunvor" şirkətinə satılması üçün ilkin razılıq əldə etmişdi. Amma ABŞ sanksiyaları sövdələşmənin icrasını çətinləşdirir.

Qeyd edək ki, "Lukoil Azərbaycan" birbaşa ABŞ-ın sanksiya siyahısında yer almasa da, beynəlxalq bank kanallarında məhdudiyyətlər səbəbindən kart ödənişlərinin qəbulu ilə bağlı çətinliklər yaşandığı bildirilir.

Bakıda

Son xəbərlər