Bakıda küləyinin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 12-si saat 09:00-a olan məlumatında qeyd edilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.
Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...