Bakıda körpə bacısını diləndirən qadın aşkar edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda polis qadının körpə bacısını diləndirməsi faktını müəyyən edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat paylaşıb.
“Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadının körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Jurnalist həmkarlarımızdan daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb, aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.
O bildirib: “Bayramdır, ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verirlər", - E.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...