Bakıda köhnə avtomobillərlə bağlı YENİ TƏKLİF - Məhdudiyyətlər... - VİDEO

Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır.
BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir.
Ekoloq Rauf Sultanov "Xəzər Xəbər"ə deyib ki, Bakı şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi nəqliyyat vasitələrinin buraxdığı qazlardır.
Bəs havadakı dəm qazının miqdarını azaltmaq üçün nə etmək lazımdır?
Rauf Sultanov hesab edir ki, Bakıda köhnə avtomobillərin və ağırtonnajlı yük maşınlarının istismarına məhdudiyyət qoyulmalıdır.
Həkimlər isə xəbərdarlıq edirlər ki, atmosferdə dəm qazının miqdarının normadan artıq olması ağciyər xəstəliklərinə yola açan başlıca amildir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycanın ilk pullu yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Qafqazda ilk olan ödənişli yolun bu ilin sonlarına qədər istifadəyə veriləcəyi gözlənilir. Söhbət Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən para...
