Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunmuş 100-dən çox avtomobil sərgilənib.
Sərgidə tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatları da nümayiş olunur.
Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir qədər sonra klassik avtomobillərin yürüşü ilə davam edəcək.
Paytaxtın əsas küçə və prospektlərindən keçəcək yürüş "Sea Breeze" ərazisində başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...