Bakıda keçirilməli olan “Böyük Dəbilqə” turniri mayda baş tutmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçiriləcək “Böyük Dəbilqə” (Grand Slam) yarışı barədə qərar verilib. 8-10 may tarixlərində təşkil olunması planlaşdırılmış ənənəvi cüdo turniri təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “oxu.az”a bildirib.
Onun sözlərinə görə, bu barədə Azərbaycan tərəfi Beynəlxalq Cüdo Federasiyasını rəsmi şəkildə məlumatlandırıb. Yaxın vaxtlarda federasiya özünün rəsmi saytı vasitəsilə bu yarışın başqa tarixə keçiriləcəyi ilə bağlı qərarını açıqlayacaq.
Həmçinin 11-12 may tarixlərində Bakıda keçirilməli olan paracüdo üzrə Qran-Prini eyni aqibət gözləyir.
Qeyd edək ki, “Böyük Dəbilqə” yarışı Olimpiadaya, Qran-Pri isə Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...