Bakıda iki park arasında yeni piyada işıqforları quraşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk və Ayna Sultanova parkları arasında piyadaların hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə yeni piyada svetoforları quraşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən mövcud svetofor obyekti təkmilləşdirilib. Görülən işlər çərçivəsində 2 yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb, həmçinin mövcud dirəklərə daha 2 piyada bölməsi əlavə olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, həyata keçirilən yeniliklər Atatürk və Ayna Sultanova parkları arasında, eləcə də parkdan ətrafdakı obyektlərə keçidi piyadalar üçün daha təhlükəsiz və rahat edib.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...