Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi?
Bir müddət əvvəl Baku TV-nin "Necə olmalıdır?" rubrikasında Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsindəki problemlə bağlı çəkiliş aparılmışdı.
Səbəb sakinlərin yol hərəkətinin düzgün təşkil edilməməsi ilə bağlı müraciətləri idi.
Hazırda adıçəkilən ünvanda işlər yekunlaşıb. Nəticə etibarilə təklif olunan qaydalar tətbiq edilib və sakinlərin Biləcəridən mərkəz istiqamətində çıxışı xeyli asanlaşıb.
Həmçinin pavilyonsuz olmaqla dayanacaq yeri də təyin edilib. Bundan başqa, yol zolaqlara ayrılmaqla işıqforlar, nişanlar və piyada keçidləri məsələsi də həllini tapıb.
Oxşar xəbərlər
Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir?
Ər-arvadın nikahdan sonra fərqli soyad daşımasının boşanma ehtimalını 50 faiz artırması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. BAKU.WS xəbər verir ki, bunu a...