Bakıda ən çox yeni ev bu rayonda istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun aylarında Bakıda istifadəyə verilən yaşayış sahəsinin ümumi həcmi 596 min kvadratmetr olub.
BAKU.WS Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 91,5% artıb.
Rayonlar üzrə ən çox yeni ev Xəzər rayonunda istifadəyə verilib – 143,4 min kv.metr (57,9% artım). Ardınca Sabunçu (127,4 min kv.m), Xətai (86,8 min kv.m) və Suraxanı (72,3 min kv.m) rayonları gəlir.
Digər rayonlarda isə göstəricilər belədir: Binəqədi – 68,8 min kv.m, Qaradağ – 18,1 min kv.m, Nərimanov – 24 min kv.m, Yasamal – 5,4 min kv.m, Nizami – 17,5 min kv.m, Nəsimi – 836 kv.m, Pirallahı – 3,1 min kv.m, Səbail – 28,2 min kv.m (42,9% azalıb).
İnşaat işlərinin 91%-dən çoxu qeyri-dövlət sektorunun payına düşüb.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...