Bakıda əməliyyat keçirilib, 20 kiloqram narkotik dövriyyədən çıxarılıb

Bakıda əməliyyat keçirilib, 20 kiloqram narkotik dövriyyədən çıxarılıb
Sosial 52

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib, 20 kiloqram narkotik dövriyyədən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb. Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.

Həmçinin keçirilən digər əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...

Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...

"I Zabrat" QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sı...

115 Sosial 23:45 02 sentyabr 2025

Son xəbərlər