Bakıda əlavə gücləndirilmiş dezinfeksiya aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Oxşar xəbərlər
Paytaxt sakinlərinə xəbərdarlıq - Ehtiyac yaranmadıqda küçəyə çıxmayın
Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılacaq. BAKU.WS-in paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə sabah, avqust ayının 15-i səhər sa...