Azərbaycanda məscidlərdə bayram namazı qılınıb - YENİLƏNİB - FOTO

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.
"Report" xəbər verir ki, ibadətdə sakinlər və bir sıra din xadimləri iştirak ediblər.
Namaza Hacı Şamil Rəsulov rəhbərlik edir
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.
***08:06
Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.
"Report" xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.
Qalereya
Oxşar xəbərlər
Təzəpir məscidində bayram namazı qılınıb - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb. “Report” xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarə...
