Gəncədə bayram namazı qılınıb - FOTO

28
iyn
2023
12:19
Gəncə şəhərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bayram namazı yüzlərlə sakinin və din xadimlərinin iştirakı ilə “İmamzadə” ziyarətgahında və digər məscidlərdə qılınıb.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.
Qalereya
Oxşar xəbərlər
"Təzəpir" məscidində bayram namazı qılınıb - YENİLƏNİB - FOTO
Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb. "Təzəpir" məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib. Namazda sakinlə...
