Bakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Bakı şəhərində keçmiş sənaye fəaliyyəti nəticəsində çirklənmiş göllərin mərhələli şəkildə təmizlənməsi nəzərdə tutulur.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yaxın 20 il ərzində ekoloji bərpaya ehtiyacı olan əsas su hövzələri müəyyən edilib.
Plana əsasən Böyükşor, Xocahəsən, Qu və Bülbülə göllərinin təmizlənməsi və ətraf ərazilərin rekultivasiyası həyata keçiriləcək. Xüsusilə Xocahəsən gölü üzrə layihə çərçivəsində neft hasilatı fəaliyyətinin dayandırılması, çirklənmiş torpaqların təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulur.
Bundan əlavə, Xocahəsən–Lökbatan ekoloji dəhlizi boyunca yeni Nəbatat Parkının yaradılması, Qu gölü ərazisində isə köçəri quşların qışlama məskəni kimi tanınan sahədə ekoturizm marşrutlarının təşkili planlaşdırılır. Layihələrin icrası Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Sabah Bakının 4 rayonunda su KƏSİLƏCƏK
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə BAKU.WS-ə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərl...