Bakıda dəm qazının miqdarı normadan yüksək olub

Bakıda dəm qazının miqdarı normadan yüksək olub
Sosial 6

Gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı üzrə dəm qazının miqdarı normadan 1,1 dəfə yüksək müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər