Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Sosial 66

Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı şəhər Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər